Azərbaycan İspaniyada beynəlxalq turizm sərgisində iştirak edəcək
Azərbaycan yanvarın 22-26-da İspaniyanın paytaxtı Madriddə keçiriləcək beynəlxalq turizm sərgisində (“FITUR 2025”) iştirak edəcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, Agentlik artıq bununla bağlı hazırlıqlara başlayıb.
“FITUR 2025” turizm sektoru üçün ən böyük illik ticarət yarmarkalarından biri hesab olunur. Tədbirə 152 ölkədən 9 min iştirakçının və 153 min qonağın qatılması gözlənilir.