36 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılması təklif edilib

36 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılması təklif edilib

16 Sentyabr 2024

36 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılması təklif olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu təkliflə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov qurumun bugünkü iclasında çıxış edib.

Onun sözlərinə görə, bəzi məntəqələr üzrə səsvermənin nəticələri ilə bağlı şübhələr yaranıb: "Bəzi dairələr üzrə seçki məntəqələrinin nəticələrinin ləğv olunması zərurəti yaranıb. Bu məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılmalıdır”.