![Suriyanın şimal-şərqində ABŞ hərbi aerodromu raketlə atəşə tutulub](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/suriyanin-simal-serqinde-abs-herbi-aerodromu-raketle-atese-tutulub-1713761404.jpg)
Suriyanın şimal-şərqində ABŞ hərbi aerodromu raketlə atəşə tutulub
İranyönlü “İslam Müqaviməti Hərəkatı” Suriyada Amerika qüvvələrinin istifadə etdiyi Harrab əl-Cəyrdəki hərbi aerodromu raket atəşinə tutub.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə “Shafaq News” portalı məlumat yayıb.
Zərbə İraq ərazisindən Mosul şəhərinin şimal-qərbindəki Həməd Ağa bölgəsindən (Bağdaddan 400 km) endirilib. Qeyd olunub ki, aerodromda bir neçə güclü partlayış səsi eşidilib və qalın tüstü səmaya qalxıb.
Əvvəllər bu hərbi obyektə kamikadze PUA-lar tərəfindən hücum edilib.
Artıq ABŞ Hərbi Hava Qüvvələri Suriya aerodromuna atəş açmaq üçün istifadə edilən reaktiv yaylım atəşi sistemini məhv edib.
Mənsurə Hümbətova