Türkiyə və Özbəkistan liderləri TDT daxilində əməkdaşlığı müzakirə ediblər

Türkiyə və Özbəkistan liderləri TDT daxilində əməkdaşlığı müzakirə ediblər

24 İyul 2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla özbəkistanlı həmkarı Şavkat Mirziyoyev arasında telefon danışığı olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, telefon danışığı zamanı Ərdoğan həmkarını doğum günü münasibətilə təbrik edib.

Liderlər həmçinin Türk Dövlətləri Təşkilatı (TDT) daxilində əməkdaşlığı müzakirə ediblər.

Onlar ikitərəfli və regional münasibətlər barədə də danışıblar.