Nikol Paşinyan: Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırıq

Nikol Paşinyan: Bakı ilə Naxçıvan arasında əlaqə üçün yolu açmağa hazırıq

31 Avqust 2024

Ermənistan günü sabah Azərbaycanla avtomobil yollarını açmağa hazırdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı bildirib.

“Ermənistan günü sabah Azərbaycanla avtomobil nəqliyyatı əlaqələrini açmağa hazırdır”, - o deyib.

Baş nazirin sözlərinə görə, rəsmi İrəvan həmçinin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasını təmin etməyə hazırdır.