Bakı ilə İrəvan arasında sülh prosesi Türkiyə Milli Təhlükəsizlik Şurasının gündəliyində

Bakı ilə İrəvan arasında sülh prosesi Türkiyə Milli Təhlükəsizlik Şurasının gündəliyində

25 İyul 2024

Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) cümə axşamı, iyulun 25-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasında iştirakçılar geniş spektrli regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, MTŞ-nin ilin əvvəlindən dördüncü iclasının gündəliyində duran məsələlərdən biri də Azərbaycan ilə Ermənistan arasında sülh prosesidir.

Həmçinin Kiprdəki proseslərin və Ankara ilə Afina arasındakı münasibətlərin müzakirəsi planlaşdırılır.

Qonşu Suriyada uzunmüddətli sülh və sabitlik mövzusuna xüsusi diqqət yetiriləcək. Dəməşq administrasiyası ilə diplomatik əlaqələrin bərpası ehtimalı ilə bağlı fikir mübadiləsi aparılacaq, Türkiyə-Suriya dialoqu üçün yol xəritəsi müzakirə olunacaq.

MTŞ üzvləri, həmçinin İraqda terrorizmlə mübarizə mövzusunu nəzərdən keçirəcəklər.