Qanunsuz olaraq övladlığa götürmə hansı halda cinayət məsuliyyəti yaradır? -

Qanunsuz olaraq övladlığa götürmə hansı halda cinayət məsuliyyəti yaradır? - HÜQUQ MƏSLƏHƏTİ

15 Aprel 2025

Sual: Qanunsuz olaraq övladlığa götürmə hansı halda cinayət məsuliyyəti yaradır?

Cavab: Uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə -min beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov