Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusunu kim müəyyən edir? -

Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusunu kim müəyyən edir? - HÜQUQ MƏSLƏHƏTİ

14 Aprel 2025

Sual: Azərbaycan Respublikası Nazirlər Kabinetinin statusunu kim müəyyən edir?

Cavab: Azərbaycan Respublikası Konstitusiyasının 114-cü maddəsində Nazirlər Kabinetinin statusu aşağıdakı kimi müəyyən olunub:

I. Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetini yaradır.

II. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra orqanıdır.

III. Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidentinə tabedir və onun qarşısında cavabdehdir.

IV. Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydasını Azərbaycan Respublikasının Prezidenti müəyyənləşdirir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov