Əmək müqaviləsi olmadan işə cəlb olunma ...

Əmək müqaviləsi olmadan işə cəlb olunma ... HÜQUQ MƏSLƏHƏTİ

16 Aprel 2025

Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hansı inzibati məsuliyyətə səbəb olur?

-Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər isə iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd: Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) İnsan hüquqlarının müdafisəi və hüquqi maarifləndirmə şöbəsi