
Evi oğula hədiyyə etmək – HÜQUQ MƏSLƏHƏTİ
Sual: Mənim öz mülkiyyətimdə olan evim var. Oğluma hədiyyə etmək istəyirəm. Bunun üçün hansı hüquqi prosedurlardan keçməliyəm?
Cavab: Əgər öz mülkiyyətinizdə olan evinizi oğlunuzun adına keçirmək istəyirsinizsə, bu proses hədiyyə müqaviləsi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanun əsasında bu cür əməliyyatların tənzimlənməsi aşağıdakı şəkildə olur:
Əgər evinizi oğlunuza hədiyyə edirsinizsə, o zaman bunun üçün hədiyyə müqaviləsi bağlanmalıdır. Hədiyyə müqaviləsi yazılı formada olmalı və notarius tərəfindən təsdiqlənməlidir.
•Hədiyyə müqaviləsi bağlandıqda, siz öz mülkiyyətinizdə olan əmlakı oğlunuza ödənişsiz şəkildə verirsiniz və mülkiyyət hüququ oğlunuza keçmiş olur.
•Müqavilə notarius tərəfindən təsdiq olunduqdan sonra, müqavilə rəsmən qanuni qüvvəyə minir.Mülkiyyət hüququnun keçirilməsi üçün dağınmaz əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirilməsi lazımdır. Bu, mülkiyyət hüququnun rəsmən tanınması üçün vacibdir. Qeydiyyatın tamamlanması ilə evin sahibi rəsmi olaraq oğlunuz olacaq.
Sualı cavablandırdı: Babək rayon prokurorluğunun müstəntiqi III dərəcəli hüquqşünas - Gülçin İsgəndərova