İlkin hərbi qeydiyyata gəlməyən vətəndaşlara cərimə tətbiq olunur? -

İlkin hərbi qeydiyyata gəlməyən vətəndaşlara cərimə tətbiq olunur? - HÜQUQ MƏSLƏHƏTİ

17 Aprel 2025

Sual: İlkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə hansı növ məsuliyyət nəzərdə tutulmuşdur?

Cavab: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 604-cü maddəsinə əsasən ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşların qeydiyyata alınmaq üçün fərdi çağırış vərəqəsində göstərilmiş müddətdə üzrlü səbəblər olmadan müvafiq icra hakimiyyəti orqanına gəlməməsinə görə, şəxslər 30 manat məbləğində inzibati cərimə edilirlər.

Sualı cavablandırdı: Kəngərli rayon Prokurorunun köməkçisi III dərəcəli hüquqşünas - Şahmar Həşimov