
Ötən həftə 893.8 ha ərazi minalardan təmizlənib
Azad olunan ərazilərdə aprelin 14-20-də 9 tank əleyhinə mina, 60 piyada əleyhinə mina, 1072 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 893.8 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.