
Hansı hallarda zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror cinayət tətbiqinə başlaya bilər? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Hansı hallarda zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror cinayət tətbiqinə başlaya bilər?
Cavab: Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 37.5-ci maddəsinə əsasən İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən aşağıdakı hallarda başlanıla bilər:
1.törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda;
2. cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;
3. cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;
4. cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə;
5. cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə.
Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası Prokurorunun Mətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov