
Azərbaycanın daimi nümayəndəsi etimadnaməsini KSQT-ın baş direktoruna təqdim edib
Azərbaycanın Niderlanddakı səfiri, ölkənin Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı (KSQT) yanında daimi nümayəndəsi Məmməd Əhmədzadə etimadnaməsini qurumun baş direktoru Fernando Ariasa təqdim edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə azərbaycanlı diplomat “X”dəki səhifəsində paylaşım edib.
“Mən Azərbaycanın daimi nümayəndəsi kimi etimadnaməmi KSQT-nin baş direktoru Fernando Ariasa təqdim etmək şərəfinə nail oldum. Mərasim Azərbaycan ilə KSQT arasında əməkdaşlıq sahələrinə dair fikir mübadiləsi ilə müşayiət olunub”, - deyə o qeyd edib.
Xatırladaq ki, M.Əhmədzadə Azərbaycan Prezidenti İlham Əliyevin 20 dekabr 2024-cü il tarixli sərəncamı ilə Haaqada səfir təyin edilib.