
Naxçıvanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 10 %-ə yaxın artıb
Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 52 milyon 882 min 600 manat olub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Muxtar Respublikanın Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, 2024-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 9,6 % çoxdur.
Həmçinin, bu ilin birinci rübündə muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 335 milyon 131 min 800 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 % çoxdur. Ticarət şəbəkəsində 172 milyon 592 min 900 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 162 milyon 538 min 900 manatlıq qeyri-qida məhsulları satılıb.