Azərbaycan İdman Akademiyasında AFFA ilə gələcək əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib

Azərbaycan İdman Akademiyasında AFFA ilə gələcək əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib

22 Aprel 2025

Azərbaycan İdman Akademiyasında (ASA) AFFA ilə gələcək əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, görüşdə AFFA-nı Baş katib Cahangir Fərəcullayev, Baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, Assosiasiyanın Təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və “Azərloteraya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təmsil ediblər.

ASA-nın nümayəndə heyətində isə Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Məşqçilik proqramının rəhbəri İlqar Əliyev, dosent Namiq Quliyev, eləcə də proqram koordinatorları Cavid Cəlilov və Rüstəm Rüstəmli yer alıblar.

Görüşdə tərəflər arasında nəzərdə tutulan əməkdaşlıq istiqamətləri müzakirə olunub. Birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu cür görüşlərin mütəmadi keçirilməsi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Daha sonra qonaqlar ASA-nın MediaLab və İdman tibbi tədqiqatları laboratoriyasında yaradılan şəraitlə tanış olublar.