Ercüment Tatlıoğlu Birol Akgünlə görüşüb

Ercüment Tatlıoğlu Birol Akgünlə görüşüb

20 Aprel 2025

Azərbaycanda səfərdə olan Türkiyənin Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu Türkiyə səfiri Birol Akgünlə görüşüb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Türkiyənin Bakıdakı diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı donanma admiralı Ercüment Tatlıoğlu Azərbaycana rəsmi səfəri çərçivəsində səfirimiz Birol Akgünü ziyarət edib”, – səfirliyin sosial şəbəkə hesabında qeyd olunub.

Görüşün təfərrüatları verilməyib.

Xatırladaq ki, daha əvvəl müdafiə naziri general-polkovnik Zakir Həsənov Tatlıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdi.