Ötən ay zərərsizləşdirilən minaların sayı açıqlanıb

Ötən ay zərərsizləşdirilən minaların sayı açıqlanıb

03 Mart 2025

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, azad olunan ərazilərdə fevral ayı ərzində 123 tank əleyhinə mina, 305 piyada əleyhinə mina, 1 078 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 2 862,5 hektar ərazi minalardan təmizlənib.