NMİ-də “Web of Science” platforması üzrə təlim keçirilib - FOTO
Tədbiri giriş sözü ilə institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov açıb. O təlimçi İltifat İbrahimovu və tədbir iştirakçılarını salamlayaraq keçirilən təlimin əhəmiyyətini vurğulayıb və gələcək dövrlərdə bu kimi təlimlərin davamının olacağını bildirib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sonra Clarivate şirkətinin Azərbaycan üzrə nümayəndəsi İltifat İbrahimov institutun professor-müəllim heyəti, magistrant və doktorantları üçün Web of Science platformasının axtarış və analitika imkanları, təşkilat və tədqiqatçı profillərinin yaradılması, Journal Citation Reports və Master Journal List, ProQuest Full-Text Academic Databases, ProQuest Dissertations and Theses Global, və Ebook Central Academic Book Database eləcə də EndNote Online referans idarəetmə sistemi barədə geniş təqdimat edob, praktiki nümunələr göstərib.
Tədbirin sual-cavab sessiyasında İştirakçıları maraqlandıran suallar cavablandırılıb.