"8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə sərgi təşkil olunub -

"8 Mart Beynəlxalq Qadınlar Günü" münasibətilə sərgi təşkil olunub - FOTO

07 Mart 2025

Sərgi, institutun Təbiət və incəsənət fakültəsinin İncəsənət kafedrasının təşkilatçılığı ilə keçirilib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirin açılışında institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov çıxış edərək, qadınların cəmiyyət və təhsil sahəsindəki əhəmiyyətli rolu barədə fikirlərini bölüşüb. O, həmçinin belə tədbirlərin qadınların yaradıcı potensialının təbliği baxımından vacib olduğunu vurğulayıb.

Sərgidə "8 Mart Beynəlxalq Qadınlar Günü"nə həsr edilmiş tələbələrin və müəllimlərin əl işlərindən ibarət müxtəlif rəsm və heykəltəraşlıq əsərləri təqdim olunub. İncəsənət kafedrasının müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva, kafedranın gənc müəllimi, doktorant Rübabə İmanlı və əsərlərin müəllifləri əsərlər haqqında məlumat verib, sərginin yüksək səviyyədə keçirilməsi üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirib, qadınların əl işlərinin cəmiyyətdə daha geniş tanıdılması məqsədilə təşkil edilən bu cür tədbirlərin əhəmiyyətini qeyd ediblər.

Sonda sərgi iştirakçılarına təşəkkür edilərək gələcəkdə mədəni-kütləvi tədbirlərdə daha fəal olmaları üçün təşviq ediliblər. 

Tədbir iştirakçıları sərgiyə böyük maraq göstərib, nümayiş olunan əl işlərini yüksək qiymətləndiriblər.