Naxçıvanın 100 illiyinə həsr olunmuş solo konsert keçirilib -

Naxçıvanın 100 illiyinə həsr olunmuş solo konsert keçirilib - FOTO

06 Sentyabr 2024

Sentyabrın 6-da tarixdə Heydər Əliyev Sarayında Muxtar Respublikanın Əməkdar artisti, 50 yaşlı yubilyar Zülfiqar Mahmudovun Ümummilli Lider Heydər Əliyevin 101 illiyi və Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş “50+50” adlı solo konserti keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət nazirinin müavini Həsən Seyidov konsertə baxıb.

Naxçıvan Dövlət Filormaniyasının mahnı və rəqs ansamblının müşayiət etdiyi konsertdə Azərbaycan bəstəkarlarının əsərləri və bir sıra xalq mahnıları ifa edilib. Əməkdar artist “Mürği- səhər”, xalq mahnısı “Gül açdı”, Fikrət Əmirovun Hüseyn Cavidin "Şeyx Sənan" dram əsərinin tamaşasına bəstələdiyi “Kor ərəbin mahnısı”, Əlibaba Məmmədovun “Bir dənəsən”, “Xudayar təsnifi”, Habil Əliyevin “İlk məhəbbət”, Nazim Quliyevin “Naxçıvan şikəstəsi” musiqi nömrələri ilə tamaşaçıların zövqünü oxşayıb.

Konsertdə Prezident mükafatçıları Cəfər Tağıyevin və Nərmin Hüseynovanın ifa etdikləri “Mənim dünyam” və “Gülüb getdi” mahnıları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Konsertin Bədii rəhbəri Azərbaycan Respublikası Əməkdar Artisti Zeynalabdin Babayevdir.

Qeyd edək ki , konsert Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib.

Sonda xatirə fotosu çəkilib.