Naxçıvan Teatrında bəzi yaradıcı vəzifələrə işə qəbul üçün müsahibə keçirilib

Naxçıvan Teatrında bəzi yaradıcı vəzifələrə işə qəbul üçün müsahibə keçirilib

11 Sentyabr 2024

Sentyabrın 10-da Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrına bəzi yaradıcı vəzifələrə işə qəbul üçün müsahibə keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı üzrə quruluşçu rejissor, musiqi hissə rəhbəri, ədəbi dram hissəsinin rəhbəri, dram artisti, vokal artisti, orkestr artisti, dekorçu rəssam vəzifələrinin tutulması üçün 26 avqust tarixində elan olunmuş müsahibədə iştirak üçün, ümumilikdə 18 namizəd qeydiyyatdan keçib. 16 nəfər müsahibədə iştirak etmiş, 7 nəfər müəyyən edilmiş keçid balını toplayaraq uğur qazanmışdır.

Qeyd edək ki, namizədlər müsahibənin nəticəsi ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının (milli_dram_teatr) adlı rəsmi instagram səhifəsində tanış ola bilərlər.