Naxçıvanın 100 illiyinə həsr olunan tamaşa Bakıda nümayiş etdirilir - FOTO
Naxçıvan Muxtar Respublikasının Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Həsənəli Eyvazlının qələmə aldığı “Araz sahilində doğan günəş” dramı əsasında hazırlanan eyniadlı səhnə əsəri Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının aktyorları tərəfindən Akademik Rus Dram Teatrında tamaşaçılara təqdim olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin əməkdaşları da tamaşanı izləyirlər.
Bakıda nümayiş olunan tamaşanı teatrşünaslar, sənət adamları, ziyalılar və ictimaiyyət nümayəndələri izləyirlər.
“Araz sahilində doğan günəş” tamaşası ötən əsrin əvvəllərindən regionda, eləcə də ölkəmizdə baş verən ictimai, siyasi hadisələr, muxtariyyətin qazanılması uğrunda aparılan mübarizədən bəhs edir.
Tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovdur.