Naxçıvanda su kəsintisi olacaq – RƏSMİ AÇIQLAMA
Nəcməddin Naxçıvani küçəsi, Babək və Əlincə məhəllələri, Qaraxanbəyli, Qaraçuq və Bulqan kəndləri, həmçinin Səməd Vurğun, Həsən Rəhmanov küçələri də daxil olmaqla bir sıra əraziləri içməli su ilə təmin edən magistral xətdə qəza baş verib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"ndən verilən məlumata görə, qəzanın aradan qaldırılması ilə əlaqədar olaraq 4 aprel saat 14:00-dan etibarən qeyd olunan ərazilərin bəzi ünvanlarında suyun verilməsində fasilə yaranacaq.
Bildirilib ki, təmir-bərpa işləri eyni gün ərzində başa çatdırılacaq və suyun verilməsi əvvəlki rejimlə bərpa olunacaq.
Əlavə məlumat üçün vətəndaşlar “545-01-93” Çağrı Mərkəzinə (7/24) müraciət edə bilərlər.