Naxçıvanda bir neçə məhəllədə suyun verilişi müvəqqəti dayandırılacaq

Naxçıvanda bir neçə məhəllədə suyun verilişi müvəqqəti dayandırılacaq

03 Aprel 2025

Əliqulu Qəmküsar küçəsi, Babək məhəlləsi, Əlincə məhəlləsi, 6-cı məhəllə və Hacıniyyət kəndini içməli su ilə təmin edən magistral xətdə qəza baş verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, "Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"nin məlumatına görə, qəzanın aradan qaldırılması işləri səbəbindən bu ərazilərdə suyun verilməsində müvəqqəti fasilə yaranacaq. Təmir işlərinin 3 aprel gün ərzində yekunlaşdırılması və suyun əvvəlki rejimlə bərpa edilməsi planlaşdırılır.

Vətəndaşlar su təchizatı ilə bağlı əlavə məlumat almaq üçün “545-01-93” Çağrı Mərkəzinə (7/24) müraciət edə bilərlər.