Kəngərli rayonunda elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq

Kəngərli rayonunda elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq

09 Aprel 2025

110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasında ölçü transformatorlarının yoxlanılması işləri aparılacaq.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, bu məqsədlə 10 aprel 2025-ci il tarixində saat 10:30-dan 13:00-dək Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilələr yaranacaq.