Babək rayonunun bir neçə kəndində qaz təchizatında fasilə olacaq

Babək rayonunun bir neçə kəndində qaz təchizatında fasilə olacaq

17 Aprel 2025

159 mm-lik boruya keçidlə əlaqədar olaraq Babək rayonunun Qahab, Naxışnərgiz, Nəcəfalıdizə, Nəhəcir və Göynük kəndlərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aprelin 18-i  saat 09:00-dan etibarən qaz verilişi dayandırılacaq. Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.

Qaz təchizatında yaranacaq müvəqqəti narahatlığa görə üzr istənilir.