Abbas İsmayılov Şərurda vətəndaşları qəbul edəcək

Abbas İsmayılov Şərurda vətəndaşları qəbul edəcək

13 Aprel 2025

Aprelin 23-də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov Şərur rayonu və kəndlərindən olan vətəndaşları qəbul edəcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəbul saat 11:00-dan etibarən 2 saylı Ərazi Vergilər İdarəsinin Şərur şəhəri, M.Ələkbər Sabir küçəsi 7a ünvanında yerləşən Vergi ödəyicilərinə xidmət mərkəzinin inzibati binasında keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar İqtisadiyyat Nazirliyinin (036) 545-75-35 nömrəli telefonu, info@neconomy.gov.az elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilərlər.