
Şərur rayonunda texnika istifadəçilərinə səyyar xidmət göstəriləcək
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, səyyar xidmət aprelin 15-də Şərur Regional Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin kənd təsərrüfatı texnikası sahəsində dövlət nəzarətini həyata keçirən mütəxəssisləri tərəfindən göstəriləcək.
Xidmətlər:
Nəqliyyat vasitələrinin qeydiyyata alınması
Nəqliyyat vasitəsinə dövlət texniki baxışın keçirilməsi
Texnika sürücüsü vəsiqəsi üçün yerində elektron imtahanların qəbulu, sürücülük vəsiqəsinin verilməsi
Etibarlıq müddəti bitmiş və ya yararsız hala düşmüş texnika sürücüsü vəsiqələrinin dəyişdirilməsi
Əlavə məlumat üçün (036) 545-20-39 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.