Naxçıvanda “Maarifçi” olmaq istəyənlərin nəzərinə

Naxçıvanda “Maarifçi” olmaq istəyənlərin nəzərinə

17 Aprel 2025

Elm və Təhsil Nazirliyi tərəfindən III “Maarifçi” tələbə-məzun təcrübə proqramına start verilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Dövlət Universtitetinin, Naxçıvan Müəllimlər İnstitutunun bakalavriat səviyyəsinin sonuncu kurs və magistratura səviyyəsində təhsil alan tələbələr, həmçinin təhsilini son 3 il ərzində başa vurmuş məzunlar III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qoşulmaqla Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçə bilərlər.

III “Maarifçi” tələbə-məzun təcrübə proqramı ilə bağlı ətraflı məlumat
https://docs.google.com/presentation/d/1k3ba2WmZU9zJ9FiHy2UoowAY7ns2fmW1/edit?usp=sharing&ouid=103602052504363309331&rtpof=true&sd=true linkində yerləşdirilib.

️Ötən proqramlardan fərqli olaraq, budəfəki “Maarifçi”nin təcrübə müddəti 4 aydır.

Qeydiyyat üçün keçid: https://anket.edu.az/user/200

Qeyd edək ki, ötən il ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasında təhsil alan tələblər də bu proqrama qoşulmuş və 4 gənc Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının struktur qurumlarında təcrübə keçmək imkanı əldə etmişdir. Proqramı uğurla başa vuran gənclərdən 1-i Nazirlik tərəfindən istiqamətinə uyğun olaraq daimi işlə təmin olunmuşdur.