Şərur və Kəngərli rayonlarına elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq

Şərur və Kəngərli rayonlarına elektrik enerjisinin verilişində qısa fasilə yaranacaq

06 Aprel 2025

Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli Fərmanına əsasən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin funksiyalarının “Azərenerji” və “Azərişıq” Açıq Səhmdar Cəmiyyətlərinə ötürülməsi ilə əlaqədar elektrik yarımstansiyalarında “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mütəxəssisləri tərəfindan ölçmə işləri aparılacaq. 

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, bu məqsədlə aprelin 7-si saat 10:20-dən 11:00-dək Şərur rayonunun, 15:30-dan 16:40-dək Kəngərli rayonunun bir hissəsində elektrik enerjisinin verilişində qısa fasilələr yaranacaq.