
Naxçıvanda bəzi ərazilərdə su təchizatında fasilə yaranacaq
Babək məhəlləsi, 56-cı məhəllə, 58-ci məhəllə, Qaraçuq kəndi, Qaraxanbəyli kəndi və Bulqan kəndini içməli su ilə təmin edən magistral xətdə baş verən qəza ilə əlaqədar bu ərazilərdə müəyyən ünvanlara suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəzanın aradan qaldırılması işləri 12 mart tarixində yekunlaşdırılacaq. Bundan sonra suyun əvvəlki rejimdə verilməsi bərpa olunacaq.
Vətəndaşlar su təchizatı ilə bağlı sualları üçün "545-01-93" Çağrı Mərkəzinə (7/24) müraciət edə bilərlər.