Naxçıvanda fevralın 9-na olan hava proqnozu

Naxçıvanda fevralın 9-na olan hava proqnozu

09 Fevral 2025

Naxçıvan Muxtar Respublikasında fevralın 9-na gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin arabir yağmurlu keçəcəyi və nəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyinin sürətinin saniyədə 7-12 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı ehtimal olunur. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz isə 2+6° isti olacağı proqnozlaşdırılır.