Sədərəkdə yanğın hadisəsi baş verib -

Sədərəkdə yanğın hadisəsi baş verib - FOTO

11 Mart 2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu, Heydərabad qəsəbəsində bələdiyyəyə məxsus açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" bildirir ki, məlumatla əlaqədar dərhal əraziyə Sədərək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

FHN-in yanğınsöndürənləri tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 0.2 hektar sahədə quru ot və qamışlıq ərazi yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub.