
Naxçıvanda fevralın 8-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında fevralın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi və bəzi yerlərdə duman olacağı müşahidə olunur. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı gözlənilir. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz isə -2+3° isti olacağı ehtimal olunur.