Naxçıvanda fevralın 7-nə olan hava proqnozu

Naxçıvanda fevralın 7-nə olan hava proqnozu

07 Fevral 2025

Naxçıvan Muxtar Respublikasında fevralın 7-nə gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə isə duman müşahidə olunacağı gözlənilir. Qərb küləyinin sürətinin saniyədə 6-11 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə güclənəcəyi proqnozlaşdırılır. Havanın temperaturunun gecə 3-8° şaxta, gündüz isə 2-7° isti olacağı ehtimal olunur.