Naxçıvanda fevralın 6-na olan hava proqnozu

Naxçıvanda fevralın 6-na olan hava proqnozu

06 Fevral 2025

Naxçıvan Muxtar Respublikasında fevralın 6-na gözlənilən hava proqnozu açıqlanıb.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi və bəzi yerlərdə duman olacağı proqnozlaşdırılır. Qərb küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı gözlənilir. Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz isə 5+10° isti olacağı ehtimal olunur.