
Naxçıvanda fevralın 11-nə olan hava proqnozu
Naxçıvan Muxtar Respublikasında fevralın 11-nə gözlənilən hava proqnozu açıqlanıb.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, Naxçıvan şəhərində və muxtar respublikanın digər ərazilərində hava şəraitinin əsasən yağmursuz keçəcəyi və bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyinin sürətinin saniyədə 5-10 metr arasında dəyişəcəyi, bəzi saatlarda isə küləyin sürətinin artacağı proqnozlaşdırılır. Havanın temperaturunun gecə 4-9° şaxta, gündüz isə 1+6° isti olacağı gözlənilir.