Naxçıvanda cüdoçular üçün rəsmi kəmər imtahanı keçirilib -

Naxçıvanda cüdoçular üçün rəsmi kəmər imtahanı keçirilib - FOTO

18 Oktyabr 2024

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası (ACF) və Naxçıvan Güləş Federasiyasının Uşaq gənclər-idman məktəbində təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, imtahanda 70-ə yaxın cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib. İmtahanı uğurla keçən idmançılara ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim edilib.

İmtahanın əsas məqsədi cüdoçuların ilkin biliklərini, texniki bacarıqlarını yoxlamaq və fənd bazalarını genişləndirməkdir. Bundan başqa, kəmər imtahanı peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi olaraq tanınması, həmçinin gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün zəruridir.

Əlavə edək ki, ACF-nin geniş tərkibli nümayəndə heyətinin Naxçıvana səfəri sözügedən imtahan və 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş U15 və U18 yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi ilə əlaqədardır. Yarış oktyabrın 19-u saat 10:00-da İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçiriləcək.