Uğursuz nikahların qarşısının alınması yollarından danışılıb -

Uğursuz nikahların qarşısının alınması yollarından danışılıb - FOTO

18 Oktyabr 2024

Oktyabrın 18-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində “Uğursuz nikahların qarşısının alınması yolları” mövzusunda maarifləndirici tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Kəngərli Rayon İcra Hakimiyyətinin əməkdaşı Səbinə Həsənova mövzunun əhəmiyyətindən danışıb, ailə planlaşdırılmasının sağlam həyat tərzinin formalaşmasında mühüm rol oynadığını qeyd edib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Yaqut Abbaszadə təqdimatla çıxış edərək bildirib ki, ailələr planlı şəkildə qurulduqda daha möhkəm və dayanıqlı olur. Bərabər və dayanıqlı ailə planlaşdırılmasının yollarından və əhəmiyyətindən, nikahdan öncə tibbi müayinənin vacibliyindən danışan Komitə əməkdaşı, eyni zamanda erkən nikah və qohum evliliyinin fəsadlarını da tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulanıb ki, boşanma hallarının baş verməməsi üçün gələcəyin sağlam ailəsinə gedən yol planlı evlilikdən keçir.

Müxtəlif yaş kateqoriyalarından qadınlarla yanaşı kişilərin, xüsusilə də gənc ailələrin üzvlərinin də iştirak etdiyi tədbirdən ümumilikdə 39 nəfər yararlanıb və sonda müvafiq mövzuda broşürlər paylanılıb.