
Naxçıvan Dövlət Texniki Kollecinin bir qrup əməkdaşı təltif edilib
Naxçıvan Dövlət Texniki Kollecinin yaradılmasının 100 illiyi münasibətilə və orta ixtisas təhsilinin inkişafında səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaş təltif edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədovun imzaladığı sərəncamla aşağıdakı şəxslər mükafatlandırılıb:
“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı ilə
Qasımova Səadət Yaşar qızı
Ruşanov Asəf Əyyub oğlu
“Rəşadətli əməyə görə” nişanı ilə
Bayramova Gülər Allahverdi qızı
Hüseynova Türkan Qurban qızı
Mustafayeva Samirə Müslüm qızı
Rzayeva Ruziyyə Əzim qızı
Qeyd edək ki, Naxçıvan Dövlət Texniki Kolleci regionda peşəkar kadrların hazırlanmasında mühüm rol oynayır və təhsil sahəsində aparılan islahatlara töhfə verməyə davam edir.