
İssam bin Saleh əl-Cuteyli Kərim Tahirovla görüşüb
Səudiyyə Ərəbistanının Bakıdakı səfiri İssam bin Saleh əl-Cuteyli Azərbaycan Milli Kitabxanasında olub.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə diplomatik missiyadan məlumat verilib.
Diplomat kitabxananın direktoru professor Kərim Tahirovla görüşüb.
"Milli kitabxanaya səfər gözəl təcrübə oldu. Biz kitabxana sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik", - səfir qeyd edib.