Lətif Əliyev: Hər iki ayağından yaralanaraq şəhid oldu

Lətif Əliyev: Hər iki ayağından yaralanaraq şəhid oldu

19 May 2024

Lətif Əliyev 1995-ci il avqustun 15-də Şərur rayonunun Xanlıqlar kəndində anadan olub. Lətif Əliyev 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin mayından isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
 
Azərbaycan Ordusunun əsgəri olan Lətif Əliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Lətif Əliyev oktyabrın 27-da Laçın döyüşləri zamanı şəhid olub.
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Lətif Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Lətif Əliyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Lətif Əliyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.