"Arpaçay" qum-çınqıl yatağı üzrə hərrac keçiriləcək
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 21 yanvar 2025-ci il tarixində saat 11:00-da Şərur rayonu “Arpaçay” qum-çınqıl yatağı üzrə hərrac təşkil olunacaq.
Hərracın formatı: Auksion.
Hərracın ünvanı: Naxçıvan şəhəri, Nəsrəddin Tusi küçəsi 19, (Naxçıvan Biznes Mərkəzi MMC).
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər aşağıdakıları nəzərə almalıdır:
İştirak haqqını və ilkin olaraq yatağın qiymətinin 10%-i məbləğində behi ödəmək tələb olunur.
Əlavə məlumat almaq və müraciət etmək üçün Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yaxınlaşmaq lazımdır.
(Ünvan: Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 42).
Hərracda iştirak etmək istəyənlərə uğurlar arzulayırıq!