Sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı təlim olub -

Sosial şəbəkələrdən düzgün istifadə ilə bağlı təlim olub - FOTO

03 Dekabr 2024

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı “Təbliğat-100” layihəsi çərçivəsində Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə “Sosial şəbəkələrin gələcəyimizə təsiri” mövzusunda təlim keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, dekabrın 3-də məktəblilərin zərərli informasiyalardan qorunması istiqamətində təşkil olunan maarifləndirici təlimdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Gülər Əhmədova və Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbin direktor müavini Lamiyə Hüseynova çıxış edərək gələcəyimiz olan şagirdlərin informasiya təhlükəsizliyi sahəsində maariflənməsinin əhəmiyyətindən danışıblar. Bildirilib ki, sosial şəbəkələrdə çox vaxt keçirmək və uşaqların yaşına uyğun olmayan oyunlar oynamaq şagirdləri təhsildən uzaqlaşmağa vadar edir.

Uşaqlara nəzarətin gücləndirilməsi ilə internetin imkanlarından düzgün yararlanmaq olar.

Müəllim, valideyn və şagirdlərin cəlb edildiyi təlimdən 25 nəfər yararlanıb.