Sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat yarışı keçirilib -

Sağlamlıq imkanları məhdud uşaqlar arasında şahmat yarışı keçirilib - FOTO

03 Dekabr 2024

Naxçıvan şahmat Mərkəzində 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar arasında şahmat birinciliyi keçirilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, tədbirin əvvəlində Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə heyəti sədrinin müavini Naib Əlizadə çıxış edərək yarışın əhəmiyyəti barədə fikirlər səsləndirib, iştirakçılara uğurlar arzulayıblar.

Reqlament barədə məlumat verildikdən sonra birinciliyə start verilib. İsveçrə sistemi üzrə 5 turdan ibarət yarışda 15 iştirakçı qələbə uğrunda mübarizə aparıb. Nəticələrə əsasən Cəlil Xəlilsoy birinci, Taner Kazımzadə ikinci, Rəhman Hüseynli isə üçüncü olub.

Adıçəkilən iştirakçılara diplom, medal və hədiyyələr təqdim olunub.