İranda 6 siyasətçinin ölkə prezidenti postuna namizədliyi təsdiqlənib
İran Konstitusiyasının Keşikçilər Şurası prezident seçkilərində iştirak edə biləcək altı siyasi xadimin namizədliyini təsdiqləyib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, növbədənkənar seçkilərdə iştirak hüququ Məclisin (parlamentin) sədri Məhəmməd Baqir Qalibaf, Tehran meri Əlirza Zəkani, İslam Respublikasının Təhlükəsizlik Şurasındakı ruhani liderinin nümayəndəsi Səid Cəlili, prokuror və keçmiş ədliyyə naziri Mostafa Purmohammadi, Məclis sədrinin keçmiş müavini Əmir Hüseyn Qazizadə Haşimi və parlament üzvü Məsud Pezeşkiana verilib.
İranın iki tanınmış siyasətçisi – eks-prezident Mahmud Əhmədinejad və parlamentin keçmiş spikeri Əli Laricani seçki yarışından imtina ediblər.