![Azərbaycanda fəaliyyət göstərən Türkiyə investisiyalı kommersiya qurumlarının sayı açıqlanıb](http://admin.naxcivanxeberleri.com/storage/uploads/images/blog/azerbaycanda-fealiyyet-gosteren-turkiye-investisiyali-kommersiya-qurumlarinin-sayi-aciqlanib-1702110736.jpg)
Azərbaycanda fəaliyyət göstərən Türkiyə investisiyalı kommersiya qurumlarının sayı açıqlanıb
Bu ilin dekabrın 1-nə Azərbaycanda 5 678 Türkiyə investisiyalı kommersiya qurumu qeydiyyata alınıb.
NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev bu gün Bakıda keçirilən "Heydər Əliyev 100 - Bir millət, iki dövlətin iş dünyası" mövzusunda konfransda deyib.
O bildirib ki, onlardan 4 019-u aktiv fəaliyyət göstərir: "Şirkətlər əsasən sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, ticarət, xidmət sektorlarında çalışırlar.
Türkiyədən Azərbaycana birbaşa investisiya axınlarının həcmi 15,2 milyard ABŞ dolları təşkil edir. Bunun 11,7 milyard dolları neft-qaz sektorunun, 3,5 milyard dolları isə qeyri-neft sektorunun payına düşür".