Naxçıvanda 2024-cü il üçün inkişafı diqqətdə saxlanılan 4 əsas istiqamət müəyyənləşib

Naxçıvanda 2024-cü il üçün inkişafı diqqətdə saxlanılan 4 əsas istiqamət müəyyənləşib

26 İyul 2024

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu “Naxçıvanda biznesə güzəştli maliyyələşmə dəstəyi” mövzusunda keçirilən konfrans zamanı jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib. 

O qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda 11 prioritet istiqamət müəyyən olunmuşdur.

Naxçıvan Muxtar Respublikasında 2024-cü il üçün 4 əsas istiqamət-aqrar sahə, turizm, nəqliyyat-logistika, yaşıl enerji, həmçinin sənaye, o cümlədən emal sənayesi və real sektorun digər sahələri əsas prioritetlərdəndir.