Bu şəxslər üçün vergi qanunvericiliyinə dair seminar keçiriləcək

Bu şəxslər üçün vergi qanunvericiliyinə dair seminar keçiriləcək

06 Sentyabr 2024

Maliyyə və mühasibatlıq sahəsində çalışanlar və PMS imtahanlarına hazırlaşanlar üçün vergi qanunvericiliyinə dair seminar keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin təşkilatçılığı ilə maliyyə və mühasibatlıq sahəsində çalışanlar və peşəkar mühasib sertifikatı (PMS) imtahanlarına hazırlaşanlar üçün “Vergi qanunvericiliyi: mürəkkəb məqamlara sadə izah” mövzusunda seminar keçiriləcək.

Naxçıvan Dövlət Texniki Kollecində əyani formada vergi eksperti İsmayıl Bağırov tərəfindən keçiriləcək seminarda təşkilati-hüquqi formasından asılı olmayaraq muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, peşəkar mühasib sertifikatı (PMS) imtahanlarına hazırlaşanlar və bu sahəyə marağı olan şəxslər iştirak edə bilərlər.

Seminarda iştirak etmək istəyən şəxslər “nmaliyye.gov.az” saytında “elanlar” bölməsində paylaşılan link vasitəsilə və ya şəklin üzərindəki QR kodu oxutmaqla qeydiyyatdan keçə, yaxud (036) 550-33-33 nömrəsi ilə əlaqə saxlaya bilərlər.